Bakı-Sumqayıt yolunda qəza olub, yaralılar var

Bakı-Sumqayıt yolunda qəza olub, yaralılar var
# 19 dekabr 2019 14:48 (UTC +04:00)

Bakı Sumqayıt yolunda qəza baş verib.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 13:47-də daxil olub. Hadisə yerinə təcili yardım briqadaları yollanıb. Qəza nəticəsində xəsarət alan 3 qadın Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda onların müalicələri davam edir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər. Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir. Tibb müəssisələrindən məlumat daxil olduqca xəbər veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR