Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə baş verib, xəsarət alanlar var - YENİLƏNİB
  • Clock-gray 11:00
  • calendar-gray 02 Fevral 2021

Bakı-Yalama dəmir yolunun tikintisində baş verən hadisə ilə bağlı araşdırmalara başlanıb.

Şabran rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, fevralın 1-də saat 21 radələrində  “Kolin” inşaat şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Feyruz Ağarzayev və Əmrağa Ağayev qeyd edilən ərazidə qəlibçilik işləri görərkən sonuncuların üzərilərinə torpaq kütləsi ilə birlikdə taxta şpalların aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

***

saat 10:20

Şabran rayonunda tikintidə bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza “Azərbaycan Dəmir Yolları” ASC-nin sifarişi əsasında “Kolin” şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Ərazidə işləyən Şabran rayon sakini, 1968-ci il təvəllüdlü Ağarzayev Feyruz Əlövsət oğlunun və Siyəzən rayon sakini, 1984-cü il təvəllüdlü Ağayev Əmirağa Ağabala oğlunun üzərinə torpaqla birlikdə taxta şpallar düşüb. Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Vəli Turan

Digər xəbərlər