Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
# 20 dekabr 2019 08:40 (UTC +04:00)

Bu gün səhər saat 7 radələrində metronun "İçərişəhər" stansiyasında qatarların birinində texniki nasazlıq yaranıb.

Bu barədə APA-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, qatar sərnişinsiz olmaqla Depoya göndərilib: “Həmin qatarın əvəzinə digər qatar xəttə çıxsa da, "İçərişəhər" istiqamətində 8 dəqiqəlik yubanma yaranıb. Yubanma interval olaraq 2 qatar arasında olub. Nəticədə metropolitendə sərnişin sıxlığı yaranıb. Hazırda dispetçerlər tərəfindən intervalın normaya salınması, ümumi qrafikin bərpası istiqamətində işlər görür. Problem qısa müddətdə aradan qaldırılacaq.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR