Bakı sakini Sumqayıtda narkotiklə tutulub

Bakı sakini Sumqayıtda narkotiklə tutulub
# 01 iyul 2020 12:20 (UTC +04:00)

Bakı sakini Sumqayıtda narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Ağayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 6 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR