Bakı sakini bıçaqlanıb

Bakı sakini bıçaqlanıb
# 02 dekabr 2020 13:46 (UTC +04:00)

Paytaxt sakininə xəsarət yetirən şəxs saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, noyabrın 13-də Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini A.Əlixanovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə 15-ci Polis Bölməsinə daxil olan məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən A.Şahverdiyev müəyyən edilərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR