Bakı sakini bıçaqlanıb

Bakı sakini bıçaqlanıb
# 24 dekabr 2020 05:12 (UTC +04:00)

Bakının Xətai rayon sakini dava zamanı bıçaq xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə Sarayevo küçəsi 38 ünvanında qeydə alınıb.

Əhmədli qəsəbəsində 1981-ci il təvəllüdlü Nuriyev Rahid Əvəz oğlu naməlum şəraitdə bıçaqlanıb.

O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Fakt Xətai Rayon Polis İdarəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR