Bakı sakini ehtiyatsızlıqdan tüfənglə özünə xəsarət yetirib

Bakı sakini ehtiyatsızlıqdan tüfənglə özünə xəsarət yetirib
# 28 iyul 2020 13:48 (UTC +04:00)

İsmayıllı rayonunda tüfənglə ehtiyatsızlıq edən şəxs xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə İsmayıllıya qonaq gələn Bakı sakini, 1984-cü il təvəllüdlü Elxan Həsənov tir tüfəngi ilə ov etmək istəyərkən qəflətən əlindəki silahdan açılan atəş nəticəsində qarın nahiyəsindən xəsarət alıb. O, İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR