Bakıda ölüm hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Vaqif Rəsulovun meyiti yaşadığı ünvanda aşkarlanıb. Meyitin ilkin müayinəsi zamanı V. Rəsulovun narkotikdən zəhərlənərək öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.