Bakı sakini özünü öldürüb

Bakı sakini özünü öldürüb
  • Clock-gray 14:22
  • calendar-gray 17 Noyabr 2020

Noyabrın 15-də saat 16 radələrində 1984-cü il təvəllüdlü Ramin Əliyevin Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında özünə məxsus yivsiz ov silahı ilə baş nahiyəsinə atəş açaraq özünü öldürməsi barədə Nəsimi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bu barədə APA-ya Nəsimi rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib 

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər