Bakı sakini qonşusunu bıçaqlayıb

Bakı sakini qonşusunu bıçaqlayıb
# 02 aprel 2020 18:14 (UTC +04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda baş verib.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Seymur Rəhimov qonşusu, 1965-ci il təvəllüdlü Dadaş Əliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

S. Rəhimov saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR