Bakı sakinindən odlu silah götürülüb

Bakı sakinindən odlu silah götürülüb
# 12 sentyabr 2020 13:19 (UTC +04:00)

Bakıda narkotik vasitə ilə tutulan şəxsin evindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulan İ. İsmayılovun Lökbatan qəsəbəsində yaşadığı evin həyətindəki qarajdan “Makarov” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR