Bakı sakinindən tapança götürülüb

Bakı sakinindən tapança götürülüb
  • Clock-gray 10:14
  • calendar-gray 16 Fevral 2021

Bakıda silahlı şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini R.Abdullayevdən xaricdə istehsal edilmiş “Star Lancer HK” markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər