Bakı sakinini bıçaqla hədələyib 7400 manat pulunu alıblar

Bakı sakinini bıçaqla hədələyib 7400 manat pulunu alıblar
  • Clock-gray 12:21
  • calendar-gray 07 Noyabr 2020

Bakı sakini bıçaqla hədələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabırn 5-də rayon ərazisində Bakı şəhər sakini E.Məmmədovu bıçaqla hədələyərək 7400 manat pulunu və 2 ədəd mobil telefonunu almaqda şübhəli bilinən Füzuli rayon sakini S.Quliyev saxlanılıb.

Quldurluğu törətməkdə şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Səlcuq Elçin

Digər xəbərlər