Bakı sakinini bıçaqlayaraq avtomobilini əlindən alan şəxs tutulub

Bakı sakinini bıçaqlayaraq avtomobilini əlindən alan şəxs tutulub
# 24 mart 2021 13:30 (UTC +04:00)

Bakı sakinini bıçaqlayaraq pulunu və avtomobilini alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirliyin Təhlükəsiz Şəhər Xidməti, Abşeron Rayon Polis Şöbəsi və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 5-də Bakı şəhər sakini X.Məmmədova bıçaqla xəsarət yetirib 300 manat pulunu və “Mercedes” markalı avtomobilini almaqda və həmin avtomobilin üzərinə başqa dövlət qeydiyyat nişanlarını bağlamaqda şübhəli bilinən Q.Nəsirov martın 23-də Nəsimi rayonu ərazisində sərnişinləri ilə birgə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR