Bakı sakinini hədələyərək 3 min dollarını alan şəxs tutulub

Bakı sakinini hədələyərək 3 min dollarını alan şəxs tutulub
  • Clock-gray 12:34
  • calendar-gray 14 Yanvar 2020

Bakı sakinini hədələyərək pulunu alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da Yasamal rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini, əvvəllər qəsdən sağlamlığa yüngül zərər vurma, oğurluq, dələduzluq, əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və xuliqanlığa görə məhkum olunmuş A.Şirəliyev paytaxt sakini R.Abdiyevi hədələyərək 3000 ABŞ dollarını alarkən saxlanılıb.

Araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date