Bakı sakininin avtomobilindən 3 kq-dan çox narkotik götürülüb

Bakı sakininin avtomobilindən 3 kq-dan çox narkotik götürülüb
# 20 fevral 2021 12:40 (UTC +04:00)

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri S. Quliyev və A. Yaqubov saxlanılıblar.

S. Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqramdan artıq heroin, 170 qram tiryək və 120 qram metamfetamin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR