Bakı sakininin çantasından pul oğurlayan şəxs saxlanılıb

Bakı sakininin çantasından pul oğurlayan şəxs saxlanılıb
# 19 fevral 2020 12:12 (UTC +04:00)

Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da paytaxt sakini X.Bərdazinin içərisində 220 manat, 120 ABŞ dolları və 200 dirhəm pul olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Qarayev saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR