Bakı sakinlərindən 5 kq narkotik götürülüb

Bakı sakinlərindən 5 kq narkotik götürülüb
# 15 yanvar 2021 12:54 (UTC +04:00)

Paytaxt sakinlərinin evlərindən narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıql Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Maştağa qəsəbəsində yaşayan A.Novruzovun evinə baxış zamanı oradan 4 kiloqramdan artıq marixuana, həmçinin heroin, tiryək, çətənə kolunun hissələri, 1 ədəd beşbarmaq və 1 ədəd 3 tərəfi kəsici olan alət aşkar edilərək götürülüb.

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 20 qrama yaxın heroin və metamfetamin aşkar edilib.

Polis əməkdaşlarının onun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oradan 1 kiloqramdan artıq heroin götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR