Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib - ƏMR

Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib - ƏMR
# 02 dekabr 2020 10:54 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsinin rəisinə yeni müavin təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR