Bakı və Gəncə sakinlərindən 4 kq-dan artıq narkotik götürülüb

Bakı və Gəncə sakinlərindən 4 kq-dan artıq narkotik götürülüb
# 07 aprel 2021 12:14 (UTC +04:00)

Bakı və Gəncə sakinləri narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu polisi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram 120 qram marixuana və heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Biləsuvar Rayon Polios Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini V.İsmayılovun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı sərnişin Gəncə şəhər sakini E. Abuzərliyə məxsus 2 kiloqramdan artıq heroin və 301 qramdan artıq metamfetamin aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR