Bakıda 126 min manatlıq dələduzluqda ittiham olunan qadın azadlığa buraxılıb

Bakıda 126 min manatlıq dələduzluqda ittiham olunan qadın azadlığa buraxılıb
  • Clock-gray 11:45
  • calendar-gray 19 Fevral 2020

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeriya Panfilovanın barəsindəki hökmdən verilən şikayətinə baxılıb.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Panfilova barəsində 4 epizodun 3-ü barəsində cəza verilməyib. Bir epizod üzrə isə ona verilən cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıb.

İttiham aktına əsasən, V.Panfilova dörd nəfərə - Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı dələduzluq edib. O, həmin şəxslərin ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

V.Panfilovanın vəkili Əkrəm Həsənov qeyd edir ki, cinayət işi üzrə zərərçəkmişlər müvəkkilinə həmin pulları 3 faizlə sələm şəklində verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Panfilova 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date