Bakıda 15 nəfərə sosial ev almaq adı ilə dələduzluq edən şəxsin istintaqı başa çatıb

Bakıda 15 nəfərə sosial ev almaq adı ilə dələduzluq edən şəxsin istintaqı başa çatıb
# 11 yanvar 2020 10:14 (UTC +04:00)

Bakıda 15 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Tural Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, T. Həsənov 15 nəfərdən sosial ev almaq adı ilə külli miqdarda pul alaraq mənimsəməyib. Zərərçəkənlərin şikayəti əsasında T. Həsənov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR