Bakıda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Lökbatan qəsəbəsi, S. Orucov küçəsində qeydə alınıb.
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü İsmayıl Həsənov münaqişə zəminində qonşusu 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib. Hadisəni törədən 17 yaşlı İsmayıl Həsənov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.