Bakıda 17 yaşlı oğlan tanımadığı şəxslər tərəfindən döyülüb

Bakıda 17 yaşlı oğlan tanımadığı şəxslər tərəfindən döyülüb
# 12 dekabr 2019 23:47 (UTC +04:00)

Bakının Suraxanı rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Hövsan parkının yaxınlığındakı köşkdə işləyən 17 yaşlı Orucov Nihad Əbülfət oğlu naməlum şəxslərlə mübahisə zamanı döyülərək ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, üzün əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR