Bakıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb - FOTO - VİDEO
# 11 dekabr 2019 23:52 (UTC +04:00)

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 7 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, qəza Yeni Ramana qəsəbəsində baş verib.

Abbasov Cəfər Mobil oğlu idarə etdiyi "Saipa" markalı avtomobillə "Şuşa şəhərciyi" yaşayış massivi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn, Qurbanov Elçin Vəli oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri və avtomobildə olan sərnişinlər, 1982-ci il təvəllüdlü Mirzəyev Rza Ziyəddin oğlu, 1983-cü il təvəllüdlü Kazımova Xatirə Tofiq qızı, 1987-ci il təvəllüdlü Əliyev Hüseyn Qəhrəman oğlu, 1987-ci il təvəllüdlü Əliyeva Günel Ələsgər qızı və 1993-cü il təvəllüdlü Ələsgərov Səddam Sədi oğlu xəsarət alıblar.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. S.Ələsgərova və X.Kazımovaya qolun sınığı diaqnozu qoyulub. Digər yaralılar isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Əraziyə Sabunçu Rayon Polis İdarəsi və DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR