Bakıda 2 avtomobilin toqquşması zamanı 1 nəfər yaralanıb

Bakıda 2 avtomobilin toqquşması zamanı 1 nəfər yaralanıb
# 25 noyabr 2019 23:32 (UTC +04:00)

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Qala qəsəbəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü, 1989-cu il təvəllüdlü Nağıyev Ramal İsrafil oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin və dizin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR