Bakıda 20 Yanvar günü fişəng atan şəxs saxlanılıb

Bakıda 20 Yanvar günü fişəng atan şəxs saxlanılıb
  • Clock-gray 10:39
  • calendar-gray 21 Yanvar 2021

Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

apa-logo-mini

Digər xəbərlər