Bakıda 27 yaşlı oğlanı cərəyan vuraraq öldürüb

Bakıda 27 yaşlı oğlanı cərəyan vuraraq öldürüb
  • Clock-gray 14:12
  • calendar-gray 16 İyul 2020

İyunun 15-də Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Burfanov Nemət Müşfiq oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla “Elektrik Quraşdırma” müəssisəsində elektrik quraşdırıcısı işləyən Nemət Burfanovun “Cənub” və “Qobu” elektrik stansiyaları arasında elektrik naqillərini yüksək təzyiqli sıxac aləti vasitəsi ilə birləşdirən zaman qeyd edilən yüksək gərginlikli elektrik xəttində yaranmış induksiya elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

apa-logo-mini

Digər xəbərlər