Bakıda 28 yaşlı oğlan dəm qazından boğulub

Bakıda 28 yaşlı oğlan dəm qazından boğulub
# 04 dekabr 2019 10:57 (UTC +04:00)

Bakıda 28 yaşlı oğlan dəm qazından ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Bəhlulzadə küçəsində yerləşən fərdi evdə qeydə alınıb.

Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nurlan Dadaşov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR