Bakıda 3 avtomobil toqquşub, 3 nəfər yaralanıb

Bakıda 3 avtomobil toqquşub, 3 nəfər yaralanıb
# 25 noyabr 2019 23:55 (UTC +04:00)

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza rayonun Kazımağa Kərimov küçəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 56 yaşlı Rüstəmova Qiymət Mayil qızı, onun qızı 33 yaşlı Kazımova Günay Cəbrayıl qızı və 27 yaşlı Əzizov Nurlan Murad oğlu xəsarət alıblar.

Hər 3 yaralı xəstəxanaya yerləşdirilib. Q.Rüstəmovaya döş qəfəsinin əzilmiş yarası, G.Kazımovaya burunun və alının sıyrılmış yarası, N.Əzizova isə döş qəfəsinin əzilmiş yarası diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR