Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılaraq xəsarət alıb

Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılaraq xəsarət alıb
# 22 dekabr 2019 23:09 (UTC +04:00)

Bakının Qaradağ rayonunda 3 yaşlı uşaq ehtiyatsızlıqdan ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

2016-cı il təvəllüdlü Hüseynova Elif Bəhruz qızı valideyn nəzarətindən kənar qalaraq yaşadığı binanın üçüncü mərtəbəsinin pəncərəsindən yerə yıxılıb. O, ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, körpənin vəziyyəti çox ağırdır.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR