Bakıda 31 yaşlı şəxs dəm qazından boğulub

Bakıda 31 yaşlı şəxs dəm qazından boğulub
# 30 yanvar 2020 13:25 (UTC +04:00)

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü Cəlilov Səbuhi Fərhad oğlunun meyiti yaşadığı ünvanın hamamında yaxınları tərəfindən tapılıb.

Meyitin ilkin müayinəsi zamanı S. Cəlilovun dəm qazından zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR