Bakıda 33 nəfərə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayır

Bakıda 33 nəfərə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayır
# 28 fevral 2020 09:35 (UTC +04:00)

Bakıda 33 nəfərə qarşı dələduzluqda ittiham olunan Mehman Əsədov və Dəniz Əsədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşlarının etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər. Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

İş üzrə 33 nəfər zərərçəkən var. Ümumilikdə dəyən ziyan 150 min manatdan çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR