Bakıda 34 min manatlıq oğurluq edən şəxslər tutulub

Bakıda 34 min manatlıq oğurluq edən şəxslər tutulub
  • Clock-gray 13:24
  • calendar-gray 31 Mart 2021

Bakıda oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Osmanovun 50 manat pulunu, 1150 manat dəyərində qol saatı və qızıl-zinət əşyalarını və bir evdən 150 manat, 2000 ABŞ dolları, 10950 manat dəyərində qızıl-zinət, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini N.Ələsgərov, Beyləqan rayon sakini O.Əliyev və Bakı şəhər sakini Ə.Əsədov saxlanılıblar.

N.Ələsgərovun və O.Əliyevin ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Şərur rayon sakini F.Əliyevlə birgə daha bir evdən 500 manat pul və 20700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.     

Davam etdirilən tədbirlərlə F.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Sail Ağasəlim

Digər xəbərlər