Bakıda 35 yaşlı kişinin özünü yandırması faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Bakıda 35 yaşlı kişinin özünü yandırması faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
  • Clock-gray 18:16
  • calendar-gray 02 İyun 2020

Baş Prokurorluq Bakıda 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyevin özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intihara cəhdin səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyev üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqdakı şəxslər tərəfindən alov ram edilib və yaralı Yanıq Mərkəzinə yerləşdirilib.

apa-logo-mini

Digər xəbərlər