Bakıda 4 nəfəri avtomobil vurub

Bakıda 4 nəfəri avtomobil vurub
  • Clock-gray 06:14
  • calendar-gray 17 Oktyabr 2020

Bakının Səbail, Nərimanov və Xətai rayonlarında yol-nəqliyyat hadisələri baş verib.

APA xəbər verir ki,  Nərimanov rayonunda yolun müəyyən edilməmiş hissəsindən keçən piyadanı avtomobil vurub. 

Həsən Əliyev küçəsində 1981-ci il təvəllüdlü Hüseynov Seyran Nəcəfəli oğlu yolu küçərkən onu minik avtomobili vurub. 

Həmin rayonda daha bir piyadanı 1956-ci il təvəllüdlü Təhməzov Nizami İbad oğlunu minik maşını vurub. Hadisə zamanı onun sol baldırı sınıb.

Səbail rayonunda da eyni motivli hadisə qeydə alınıb. 20-ci sahə adlanan ərazidə 1967-ci il təvəllüdlü Dəmirov Qulu Həziqulu oğlunu minik avtomobili vurub.

Xətai rayonu Qaçaq Nəbi küçəsində yolun müəyyən edilməmiş hissəsindən keçən 1974-cü il təvəllüdlü Qəniyev Şəhrizad Əli oğlunu avtomobil vurub. 

Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. 

 

Nurlan Əli

Digər xəbərlər