Bakıda 43 yaşlı kişi mübahisə zamanı bıçaqlanıb

Bakıda 43 yaşlı kişi mübahisə zamanı bıçaqlanıb
# 10 dekabr 2019 23:08 (UTC +04:00)

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü Ağalarov Əli Mirqubad oğlu naməlum şəxslə mübahisə zəminində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin və belin sağ nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR