Bakıda 63 yaşlı qadını avtomobil vurub

Bakıda 63 yaşlı qadını avtomobil vurub
# 13 dekabr 2019 04:23 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Dərnəgül qəsəbəsində baş verib.

"Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Süleymanova Lətifə Məhəmməd qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR