Bakıda 65 yaşlı kişini maşın vuraraq öldürüb

Bakıda 65 yaşlı kişini maşın vuraraq öldürüb
# 28 dekabr 2019 15:42 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 1954-cü il təvəllüdlü Kazakov Georgi Simyoneviç yolu keçmək istəyərkən onu avtombil vurub. G.Kazakov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR