Bakıda 7 yaşlı oğlanı avtomobil vurub

Bakıda 7 yaşlı oğlanı avtomobil vurub
# 23 oktyabr 2020 03:10 (UTC +04:00)

Bakının Sabunçuda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

2013-cü il təvəllüdlü Adıyev Kamil Mehman oğlu qəfil yola çıxıb. Bu zaman onu "KİA" markalı avtomobil vurub.

Yaralı K.Adıyev 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR