Bakıda 8 gün əvvəl itkin düşən yeniyetmə tapılıb

Bakıda 8 gün əvvəl itkin düşən yeniyetmə tapılıb
# 06 fevral 2020 18:43 (UTC +04:00)

Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb.

APA-nın məlumatına görə, Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış massivində fərdi evdə yaşayan, Kərimova Səbinə Cümşüd qızı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan, oğlu, 2007-ci il təvəllüdlü Kərimov Nicat Rafael oğlu yanvarın 29-da yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR