Bakıda 8 nəfərə qarşı dələduzluq edən keçmiş məhkum saxlanılıb

Bakıda  8 nəfərə qarşı dələduzluq edən keçmiş məhkum saxlanılıb
# 07 dekabr 2019 13:37 (UTC +04:00)

Bakıda dələduzluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin sentyabr-noyabr ayları ərzində Bakı şəhər sakinləri olan 8 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş A.İsgəndərli saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR