Bakıda 80 yaşlı qadına qarşı soyğunçuluq edilib

Bakıda 80 yaşlı qadına qarşı soyğunçuluq edilib
  • Clock-gray 12:19
  • calendar-gray 25 May 2020

Bakıda 80 yaşlı qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 23-də A.Nemətulla küçəsində Bakı şəhər sakini, 80 yaşlı T.Qurbanovanın içərisində 1100 manat pulu və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Kərimov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Səlcuq Elçin

Digər xəbərlər