Bakıda 92 yaşlı qadını avtomobil vurub

Bakıda 92 yaşlı qadını avtomobil vurub
  • Clock-gray 05:22
  • calendar-gray 10 Mart 2021

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı qoca qadın xəsarət alıb.

APA xəbər verir ki, qəza Akim Abbasov küçəsində baş verib.

1929-cu il təvəllüdlü Allahyarova Xalidə Səftər qızı yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti nisbətən yüngüldür.

Fakt araşdırılır.

 

Nurlan Əli

Digər xəbərlər