Bakıda Ağdaş sakinini avtomobil vuraraq öldürüb

Bakıda Ağdaş sakinini avtomobil vuraraq öldürüb
# 21 noyabr 2020 14:23 (UTC +04:00)

Qaradağda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən APA-ya bildirilib ki, noyabrın 20-də saat 21 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakini Ş.Dostəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Zakir Quliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR