Bakıda IX sinif sagirdi olan qız məktəbin 3-cü mərtəbəsindən yıxılıb

Bakıda IX sinif sagirdi olan qız məktəbin 3-cü mərtəbəsindən yıxılıb
# 07 sentyabr 2020 12:35 (UTC +04:00)

Bakıda IX sinifdə oxuyan qız 3-cü mərtəbədən yıxılıb.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbdə IX sinifdə oxuyan qız 3-cü mərtəbədən yıxılaraq, ağır xəsarət alıb.

Məktəbli təcili xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Stansiyadan verilən məlumata görə, yaralı sol budun aşağı 1/3-nin açıq sınığı diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR