Bakıda "MilliÖN"dən oğurluq edilib

Bakıda "MilliÖN"dən oğurluq edilib
# 26 mart 2021 12:53 (UTC +04:00)

Bakıda “MilliÖN”dən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş H. Quluzadənin ətrafında DİN Baş Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayon sakini H. Əsgərzadə ilə birgə M. Ə. Rəsulzadə qəsəbəsi ərazisindəki “MilliÖN” ödəmə terminalının kassasından 1 877 manat pul oğurlaması müəyyən edilib.

Görülmüş tədbirlərlə H.Əsgərzadə saxlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR