Fövqəladə Hallar Nazirliyi “Şuşa şəhərciyi”ndə baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Sabunçu rayonu, Ramana qəsəbəsində ümumi sahəsi 40 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ümumi sahəsi 110 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
saat 10:15
Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi"ndə baş verən yanğın söndürülüb.
Bu barədə APA-ya FHN-dən bildirilib.
***
10:09
Bakıda ev yanır.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi"ndə qeydə alınıb.
Fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.