Bakıda Türkiyə vətəndaşına qarşı 123 min manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayır

Bakıda Türkiyə vətəndaşına qarşı 123 min manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayır
# 12 dekabr 2019 10:31 (UTC +04:00)

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Ceyhun Qəmbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Türkiyə vətəndaşı Elemana Necati Sultanalı oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək Ceyhun Qəmbərovun onun etibarından sui-istifadə edərək 123 min manatını dələduzluq yolu ilə mənimsədiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və C. Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR