Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib

Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib
# 16 dekabr 2019 11:06 (UTC +04:00)

Lökbatanda yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, Təcili Tibbi Yardıma saat 10:14-də məlumat daxil olub. Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllimi götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR